Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Qarabağ şikəstəsi”nin səslənəcəyi sərgi-festivala iki gün qaldı
24.10.11 19:52

Danimarkada dünya etnik musiqilərindən ibarət “Womex The World Music Expo” sərgi-festivalına iki gün qaldı. “KƏLAMİNFO”nun məlumatına görə, 11 ildir ənənəvi olaraq keçirilən festivalda Azərbaycan da təmsil olunacaq. Ölkəmizin ilk dəfə təmsil olunduğu bu festivalda Xalq artisti Mənsum İbrahimovun “Qarabağ triosu” təmsil olunacaq. Azərbaycan təmsilçiləri sözügedən festivalda “Qarabağ şikəstəsi”ni ifa edəcəklər. Azərbaycan musiqiçiləri festivala Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə qatılacaq. Xatırladaq ki, “Womex The World Music Expo” sərgi-festivalı Danimarkanın paytaxtı Kopenhagendə oktyabrın 26-dan 30-dək keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-5003.html