Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bu günə qədər 598 əcnəbi vətəndaş ölkədən deportasiya olunub
18.12.09 21:00

Cari ilin ötən dövrü ərzində Daxili İşlər Nazirliyinin (DİN) Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi 598 əcnəbi vətəndaşı ölkə ərazisindən çıxarıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı (DİN) Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin şöbə rəisi Y.Ağayev verib. Ölkədən çıxarılanların əsəsən Pakistan (329), Çin (80), Əfqanıstan (20), İran (20), Türkmənistan (21), Türkiyə (43), Gürcüstan (20) və Banqladeş (20) vətəndaşlarının olduğunu açıqlayan Y.Ağayev qeyd edib ki, qalanları isə müxtəlif ölkələrin hər birindən 3-4 nəfər olub. Ölkədən çıxarılanların əsasən DİN-in Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi (318), Dövlət Miqrasiya Xidməti (135), Milli Təhlükəsizlik Nazirliyi (13) və digər müvafiq qurumlar tərəfindən tutulduğunu diqqətə çatdıran şöbə rəisi əlavə edib ki, tutulan şəxslər biavasitə təmsil etdiyi qurum tərəfindən ölkədən deportasiya olunublar. Ölkədəki qeyri-qanuni miqrantların sayında azalmanın müşahidə olunduğunu vurğulayan Y.Ağayev bildirib ki, əcnəbilərin deportasiya olunmaları əsasən viza müddətinin başa çatması, fərdi icazənin olmaması və digər səbəblərlə bağlıdır. Xaricdən deportasiya olunan azərbaycanlılarla bağlı məsələyə münasibət bildirən Y.Ağayev soydaşlarımızın əsasən İsveç, ABŞ, Hollandiya və Almaniyadan deportasiya olunduqlarını vurğuladı. Onun sözlərinə görə, xaricdən deportasiya olunan azərbaycanlıların sayında bu il azalma var. Qeyd edək ki, ötən il 972 qeyri-qanuni miqrant ölkədən deportasiya olunub.
URL / WWW
http://kelam.az/article/a-500.html