Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə - 60 » Akademik Hacı Vasim Məmmədəliyev:
19.10.09 14:58

Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, Bakı İslam Universiteti Sumqayıt şöbəsinin müdiri, Elmi-Dini Şuranın fəal üzvü Hacı Mirəziz Seyidzadə bu gün Azərbaycan dini dairələrində yaxşı tanınmış, böyük nüfuz sahibi olan insanlardan biridir.
Hacı Mirəziz Seyidzadə təfsir, fiqh, hədis sahəsində geniş biliyə malik olan üsul ilə furunu – yəni nəzəriyyə ilə əməliyyəni bir-biri ilə yaxşı əlaqələndirməyi bacaran, onları yerində tətbiq edə bilən bacarıqlı din xadimidir.
Onun Baş redaktoru olduğu “Kəlam” Elmi, Ədəbi, İctimai, Publisistik Curnalı bu gün Azərbaycanda nəşr olunan ən nüfuzlu dərgilərdən biridir. Mən özüm bu dərgini çox böyük maraqla mütaliə edir, ondan faydalanıram.Hacı Mirəzizin qələmindən çıxmış iki cildlik “İslami söhbətlər” kitabı, “Elmin qapısı” monoqrafiyası, dindarlarımız arasında geniş yayılmış, onların böyük rəğbətini qazanmışdır.
O, bu əsərlərində dinmizin bir çox məsələlərini özünə xas olan şirin təhkiyə üslubu ilə oxucular üçün izah edə bilmişdir.
Hacı Mirəziz kütləvi informasiya vasitələri, televiziya və el məclislərində dinimizi, onun ehkamını Allahın bu hənif dininin məziyyətlərini çox gözəl şəkildə izah edir.
Allah-Təala Hacının Füzuli demişkən ləbini də şeir şəhdi ilə tər qılmışdır. Bu yaxında tərtib edib ərsəyə gətirdiyi “Divan”ında klassik şer nümunələrinin demək olar ki, əksər formalarından istifadə etməklə dini və dünyəvi mövzuları əhatə edən gözəl şerlər yazmışdır. O, Azərbaycan dilində “Divan” bağlayan azsaylı şairlərdən biridir.
Bu gün 60 yaşın kürəyini yerə vuran Hacı Mirəziz ömrünün kamillik çağını yaşayır. Mən dostum, gözəl insan Hacı Mirəziz Seyidzadənin anadan olmasının 60 illiyini ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzu edirəm.
URL / WWW
http://kelam.az/article/a-5.html