Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Vanda baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 220 nəfərə çatıb
25.10.11 00:51

Türkiyənin Van əyalətində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 220nəfərə çatıb, 1090 nəfər yaralı var. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri İdris Naim Şahin bildirib. Erciş şəhərində zəlzələdə 117 nəfərin öldüyü bildirilir, daha 100-dən artıq insan isə Van şəhərində həlak olub. Şahin yaralı sayının Vanda 350, Ercişdə 740 nəfər olduğunu açıqlayıb. Qeyd edək ki, dünən Bakı vaxtı ilə saat 15:41-də Türkiyənin şərqində episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı titrəyişlər Diyarbəkir, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl, Bitlis, Siirt, Mardin şəhərlərində hiss edilib. Dağıntıların olduğu və eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir. Türkiyə mətbuatının məlumatına görə, ölənlərin sayının 1000-ə çatacağı gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-4999.html