Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Fövqəladə Hallar Nazirliyi Van bölgəsinə 3-cü yardım təyyarəsini göndərib
25.10.11 00:49

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Türkiyənin Van bölgəsində baş verən zəlzələ ilə əlaqədar fəlakət bölgəsinə növbəti dəfə yardım göndərib. “KƏLAMİNFO” nazirliyin saytına istinadən xəbər verir ki, 3-cü yardım təyyarəsi bu gün saat 13.00-da yola salınıb. Bu təyyarə müvafiq xilasetmə avadanlıqları və vasitələri ilə təmin edilib. FHN-in 48 xilasedicisi və zəlzələdən zərərçəkmiş əhali üçün nəzərdə tutulmuş ilkin tələbat əşyaları var. Azərbaycandan göndərilən 2-ci təyyarə Türkiyə respublikasının Van şəhərinə çatıb, yaxın dəqiqələrdə boşaldılmasına başlanacaq. Xilasedicilər artıq 10 uçqun sahəsində xilasetmə işlərini davam etdirirlər. Bu dəqiqəyə qədər dağıntılar altından 1-ci qrup bir qadın meyiti, 2-ci qrup isə 45-50 yaşlarında kişi meyiti aşkar edib. Digər qrup isə uçqun altından insan səsi aşkar edərək həmin istiqamətdə axtarış-xilasetmə işlərini davam etdirir.
URL / WWW
http://kelam.az/article/a-4998.html