Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Xalq kompüteri nədir?
13.10.11 17:11

Azərbaycanda informasiya cəmiyyətinin yaradılması və XXI əsrin tələblərinə cavab verən müasir informasiya infrastrukturunun formalaşdırılması istiqamətində işlər görülməkdədir. İnformasiya texnologiyalarının əsas elementlərindən biri olan “kompüterləşmə” və onun yaratdığı imkanlardan istifadə informasiya texnologiyalarını daha geniş məzmunda mənimsəməyə imkan yaradır. Təsadüfi deyildir ki, beynəlxalq hesabatlarda bu amillər - əhalinin kompüter savadlılığı səviyyəsi və adambaşına düşən kompüterlərin sayı hər bir ölkənin texnoloji yeniliklərə hazırlıq səviyyəsinin başlıca göstəricisi kimi qiymətləndirilir. Ölkənin informasiya texnologiyaları sahəsində beynəlxalq inteqrasiyasının sürətləndirilməsi, e-hökumət, e-ticarət və s. kimi yeni virtual imkanların yaradılması həm də əhalinin kompüterləşmə səviyyəsinin artırılmasını zəruri edir. Bu istiqamətdə müxtəlif ölkələrdə həyata keçirilmiş oxşar layihələrin mexanizmləri araşdırılmış və onların təcrübələri öyrənildikdən sonra ölkəmizdə də “Xalq kompüteri” layihəsinin həyata keçirilməsinə qərar verilmişdir. Xarici ölkələrin təcrübəsi göstərir ki, həyata keçirilən belə layihələrdə əsas hədəf kimi informasiya-kommunikasiya texnologiyalarının (İKT) ictimai həyatın bütün sahələrinə daxil və tətbiq edilməsinin sürətləndirilməsi götürülmüşdür. Belə layihələrin həyata keçirildiyi bütün ölkələrdə əsas aparıcı qüvvə kimi hökumət çıxış etmişdir.
Beləliklə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü və dünyanın aparıcı şirkətlərinin iştirakı ilə “Xalq kompüteri” layihəsinin həyata keçirilməsinə başlanılmışdır.
 


Layihənin təsviri


 
“Xalq kompüteri” layihəsinin həyata keçirilməsi Azərbaycanda hökumət və özəl sektorların uğurlu əməkdaşlığı, eləcə də dövlət strukturları və İKT sektorunun dünyanın aparıcı şirkətləri ilə tərəfdaşlığının təzahürüdür.
Layihə 2009-cu ilin aprelindən həyata keçirilməyə başlanmışdır. İlkin mərhələdə bu layihə “HP” şirkətinin kompüter təchizatı, “Microsoft” şirkətinin proqram təminatı, yerli “BestComp Group” şirkətinin operatorluğu və Təhsil Nazirliyinin dəstəyi sayəsində orta məktəb müəllimləri üçün keçirilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ümumi rəhbərliyi, “Azərpoçt” MMC isə bütün ölkə ərazisini əhatə edən poçt şəbəkəsi vasitəsi ilə kompüterlərin çatdırılmasını təmin edir.
 


Layihənin məqsədi


Əhalinin sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və əhalinin qlobal informasiya məkanına təşviqi üçün onların maarifləndirilməsi prosesinin sürətləndirilməsidir. Burada eyni zamanda intellektual mülkiyyətin qorunması və İKT sahəsində kadrların hazırlanması və regionlardakı əhalinin kompüter əldə etməsinə şərait yaratmaq və aztəminatlı sosial qrupların dəstəklənməsi daxildir.
 


Layihənin şərtləri və üstünlükləri


Hər bir kompüter alıcısının ilkin ödəniş etmədən, faizsiz kreditlə və bazar qiymətlərindən 25-30% aşağı qiymətlərlə müasir kompüterlər əldə edir. Eyni zamanda kompüter alıcılarının lisenziyalı proqram təminatına sahib olur, alıcılara internetə qoşulmaq üçün güzəştli imkanların yaradılır. Alıcılar həmçinin kompüter biliklərinin artırılması üçün maarifləndirici materiallarla təmin edilir.
 


Layihənin icrasından gözlənilən nəticələr


Layihə başa çatana qədər Azərbaycanda hər 100 nəfərə düşən kompüterlərin sayı 16 ədəd təşkil etməklə dünyanın orta göstəricisinə çatacaq. Fərdi kompüter vasitəsilə internetə qoşulanların sayı 25%-dən 35-40%-ə qədər yüksələcək. Dövlətin yaratdığı e-hökumət imkanlarından əhali tərəfindən istifadə həcmi çoxalacaq. Əhalinin və özəl müəssisələrin internet üzərindən olan ticarət və xidmətlərə marağı artacaqdır.
Mülkiyyət hüququnun pozulması (piratçılıq) səviyyəsinin azalması üzrə həyata keçirilən tədbirlər genişləndiriləcək, milli informasiya resurslarına və proqram məhsullarına tələbat artacaq.
 


Əldə olunmuş ilkin nəticələr


Müəllimlər tərəfindən ilkin mərhələdə 5000 kompüter əldə edilib və layihənin idarə edilməsi üçün avtomatlaşdırılmış sistem yaradılmışdır.
Layihənin saytı yaradılmış və xidmətlər barədə məlumatlandırma həyata keçirilir. Kreditin ödənilməsi üçün on-line ödəniş tətbiq edilir
Layihəyə digər proqram və avadanlıq istehsalçıları maraq göstərir. Əlavə olaraq antivirus proqramları, genişzolaqlı modem təchizatı təklif edilir.
Layihənin ali məktəb müəllimləri, tələbələri və digər sosial qruplar üzrə genişləndirilməsi planlaşdırılır.
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı üzrə həyata keçirilən layihə çərçivəsində dərc olunur.


“Ekoloji Tarazlıq”
İctimai Birliyi
URL / WWW
http://kelam.az/article/a-4994.html