Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Prezident təqaüdçülərinin konserti keçiriləcək
21.10.11 23:32

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmış və Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülmüş gənc musiqiçilərin konserti keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, konsertdə Bakı şəhər Q.Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Nərgiz Hüseynova (skripka), R.Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Kamil Həsənov (fortepiano), L.və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri Şəms Ağazadə (skripka), Kənan Mayılov (skripka), Kamran Ömərli (skripka), İsrafil Rəsulov (truba), Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri Vurğun Vəkilov (fortepiano), Ceyla Seyidova (skripka), Nərmin Nəcəfli (fortepiano) və Rüstəm Zeynalov (fortepiano) iştirak edəcəklər. Qeyd edək ki, konsertin proqramına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxil edilib. Xatırladaq ki, Prezident təqaüdçülərinin dövlət müstəqilliyimizin iyirminci ildönümünə həsr olunan xüsusi konsert proqramı 27 oktyabr tarixində saat 18:00-da keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-4990.html