Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Türkiyənin antiterror hərəkatının qələbə şansı azdır
21.10.11 19:32

Hakkaridə 24 şəhid verən Türkiyə PKK qüvvələrinə qarşı sərhəddənkənar hərbi əməliyyata start versə də, rəsmilər bu əməliyyatın uğuruna o qədər də böyük ümidlər bəsləmir. “KƏLAMİNFO” “The İndependent”ə istinadən xəbər verir ki, AB təhlükəsizlik sektorunun üzvü Carets Qenkins geniş bir ərazini əhatə edən və on mindən çox canlı qüvvənin cəlb olunduğu əməliyyatdan uğur gözləmədiyini deyib: “Bu əməliyyatların sonunu əvvəllər də görmüşük. Adı keçən ərazilərin hər qarışı PKK-çılar üçün barmaq kimi tanışdır. Türkiyənin əməliyyata cəlb etdiyi qüvvənin yarıdan çoxu ömür boyu sərhədi keçməyib. PKK-çılara ağır zərbələr vurulması bir tərəfə, bu mübarizədən Türkiyənin zərərli çıxma ehtimalı da var”. Avrasiya əməkdaşlıq qrupunun sədri Volfanq Pikoli də bu əməliyyatın çox lazımsız yerlərdə və yanlış zamanda başladıldığını deyib.
URL / WWW
http://kelam.az/article/a-4989.html