Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Hüqo Rifkind: “Şərqlilər televiziya və internetdəki demokratiyaya vurulub”
21.10.11 19:32

“Qəddafi getdi, əsl iş isə hələ bundan sonra başlayır. Diktatorlar yıxıldı, bölgəyə bahar gəldi deyə, heç kim özünü aldatmasın. Bunun şirin bir nağıl olduğunu hamı görür”. Bu sözləri siyasi analitik Hüqo Rifkind Liviyadakı son vəziyyətlə bağlı verdiyi açıqlamasında deyib. “KƏLAMİNFO” “The Times”a istinadən xəbər verir ki, analitikin sözlərinə görə, tarix və onun təkrarlandığına inananlar Təhrir meydanındakı nümayişlərlə Berlin divarının süqutunu eyni yerə qoya bilər. Amma Avropa qoya bilməz: “Bu, təhqiramiz görünə bilər, amma Şərq əsla Avropa olmayacaq. Demokratiyanı arzulamaqla onu tətbiq etmək və yaşatmaq mədəniyyətinə sahib olmaq və əzm göstərmək ayrı-ayrı şeylərdir. Şərqlilər televiziya və internetdəki demokratiyaya vurulub. Onlar əsla Almaniyada yaşaya bilməz. Burdakı demokratiyaya ayaq uydura, tab gətirə bilməz. Sadəcə, öz ölkəsində bunu imitasiya edə bilər. Onların çoxtərəfli yarımçıq qalmasının səbəbi də elə budur. Onlar nə yəhudiləşə, nə də qərbliləşə bilirlər”. Orta Şərqin yer-yer çat verdiyini deyən analitik “Ərəb baharı” payıza keçid aldı. Bu payız onlardan çox yarpaq alacaq. Onlar payızın bərəkətinə inanır. Amma bu payızın sonu yenə onların inancına görə ağ rəngdə qara günlər olacaq” - deyə bildirib.
URL / WWW
http://kelam.az/article/a-4988.html