Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Liviyalı üsyançı: “Qəddafi hər cür mərhəmətsiz ölümə layiqdir”
21.10.11 22:32

42 ildən sonra Liviyanın despotik lideri Qəddafi vətəni Sirtin 2 mil qərbində üsyançı qüvvələr və NATO bombardmanlarının müşayiəti ilə öldürülüb. “KƏLAMİNFO” “The Daily Telegraph”a istinadən xəbər verir ki, onun son sığınacağı Liviya nefti hesabına tikilən villa və saraylardan o qədər də fərqlənməyib. Onun foto və video-kameralarda həkk olunmuş son vəziyyəti çox zəif və qarışıq olub. Üsyançılardan 20 yaşlı Məhəmməd Elhveje deyib ki, Qəddafi son ana qədər canı üçün əfv istəyib: “O, ləyaqətsiz bir insana layiq olduğu kimi danışırdı. Deyirdi ki, məni niyə öldürmək istəyirsiniz? Mən sizə neyləmişəm? Bunlara inana bilmədim. Onun qanı bizə halaldır. Onun əllərində bizim doğmalarımızın qanı var. Minlərlə insanın ahı var onun üstündə. O, hər cür mərhəmətsiz ölümə layiqdir”.
URL / WWW
http://kelam.az/article/a-4987.html