Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanlı tələbələr Litvada müstəqillik gününə həsr edilən tədbir keçiriblər
21.10.11 19:32

Litvanın paytaxtı Vilnüs şəhərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilən tədbir keçirilib. Tədbiri bu ölkədə təhsil alan tələbələr təşkil edib. Litvada tələbə təşəbbüs qrupunun rəhbəri Samir Musayevin “KƏLAMİNFO” verdiyi məlumata görə, 3 saata qədər davam edən tədbirə 80 nəfərə yaxın yerli və xarici tələbə, o cümlədən Azərbaycalı tələbələrin təhsil aldığı universitetlərinin müəllim heyyətinin qatılıb. Tədbirdə S.Musayev Azərbaycan tarixinə həsr olunan qısa təqdimat edib. Digər tələbə Toğrul Arazoğlu Azərbaycanın müasir tarixi, ölkələr arasında mövqeyi haqqında tədbir iştirakçılarına məlumat verib. Təqdimatlardan sonra Azərbaycan milli rəqsləri, o cümlədən “Sarı Gəlin” mahnısı ifa edilib. Xatırladaq ki, Heydər Əliyev Fondu ilə Litva dövləti arasında bağlanan müqaviləyə əsasən 20 nəfərə yaxın tələbə 2010-cu ilin sentyabr ayından təhsil almaq üçün həmin ölkəyə göndərilib.
URL / WWW
http://kelam.az/article/a-4985.html