Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Postsovet dövrünün 20 ili Azərbaycan və macar gənclərinin gözü ilə” mövzusunda Dəyirmi masa keçirilib
21.10.11 19:29

Azərbaycanın Macarıstandakı səfirliyində “Postsovet dövrünün 20 ili Azərbaycan və macar gənclərinin gözü ilə” mövzusunda Dəyirmi masa keçirilib. Səfirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndələri, Macarıstan Parlamentində təmsil olunmuş Fides, Sosialist və Yobbik partiyalarının gənclər təşkilatlarının təmsilçiləri, Macarıstanda təhsil alan azərbaycanlı tələbələr, həmçinin macar tələbələr iştirak ediblər. Tədbirdə çıxış edən səfir Vilayət Quliyev 18 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinin qeyd olunduğunu bildirib, ölkənin inkişafı, stabil və dinamik inkişaf edən dövlət quruculuğu yolunda Azərbaycanın əldə etdiyi nailiyyətlər, beynəlxalq aləmdə qazanılmış uğurlar haqda ətraflı danışıb. Səfirliyin müşaviri Anar İmanov regional təhlükəsizlik məsələlərinə toxunub, Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həlli istiqamətində Azərbaycanın beynəlxalq fəaliyyəti barədə ətraflı məlumat verib. Daha sonra Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fərhad Hacıyev “Azərbaycan Respublikasının gənclər siyasəti” mövzusunda məruzə ilə çıxış edib.
URL / WWW
http://kelam.az/article/a-4982.html