Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanlı deputat: “Liviyanın başına gələnlərdən bütün xalqlar və elitalar nəticə çıxarmalıdır”
22.10.11 00:29

“Liviyanın və onun liderinin başına gələnlərdən təkcə rəhbərlər yox, həm də xalqlar və elitalar da nəticə çıxarmalıdırlar. Çünki istənilən ölkədə qarışıqlıq və xaos yaxşı heç nə vəd eləmir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində millət vəkili, ekspert Musa Qasımlı bildirib. O, müşahidələrinə əsaslanaraq deyib ki, hələ ki hadisələr baş verən ölkələrdə müsbətə doğru heç bir dəyişiklik yoxdur. “Qəddafi öldü, Səddam Hüseyni asdılar. Kim deyər ki, indi İraqdakı vəziyyət, ya da ki, Misirdəki vəziyyət əvvəlkindən yaxşıdır? Sadə insanları nəzərdə tuturam. Ölkəni uzun müddət idarə edən avtoritar şəxsin hakimiyyətdən getməsi ilə məsələ bitmir, əsas məsələ insanların nativ və daha effektiv idarə etmə sistemi yaratmasıdır”,-deyə M.Qasımlı vurğulayıb. Qeyd edək ki, yeddi aylıq qarşıdurmadan sonra ötən gün Liviya lideri Muəmmar Qaddafi usyançılar tərəfindən öldürülüb.
URL / WWW
http://kelam.az/article/a-4981.html