Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Avropa Şurası Azərbaycanla əməkdaşlığın yeni prioritetlərinə dair Fəaliyyət Planı hazırlayıb
21.10.11 23:29

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov respublikamızda səfərdə olan Avropa Şurası (AŞ) baş katibinin təşkilati inkişaf və islahatlar üzrə xüsusi nümayəndəsi Jerar Ştudmanla görüşüb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Azərbaycanın Avropa Şurası ilə səmərəli əməkdaşlıq etdiyini bildirən nazir ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemin müasirləşdirilməsi üzrə görülən işlər barədə məlumat verib, həyata keçirilən tədbirlərdə nüfuzlu beynəlxalq təşkilatların, xüsusilə Avropa Şurasının fəal iştirakını və ölkəmizdə hakimlərin ən şəffaf seçiminin bu mötəbər qurum tərəfindən müsbət təcrübə kimi qiymətləndirildiyini vurğulayıb, əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu qeyd edib.J.Ştudman Avropa Şurasının Azərbaycanla əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu qeyd edərək əməkdaşlığın yeni prioritetlərinə dair Fəaliyyət Planının hazırlandığını bildirib, ölkəmizdə korrupsiya ilə sərt mübarizənin aparıldığı nəzərə alınaraq bu Plana həmin məsələnin əsas prioritet kimi daxil ediləcəyini qeyd edib. Görüşdə həmçinin, inzibati ədliyyə, məhkəmə qərarlarının icrası, hakimlərin və hakimliyə namizədlərin tədrisi, elektron xidmətlərin tətbiqi kimi qarşılıqlı fəaliyyətə dair konkret prioritetlər müzakirə olunub, korrupsiya ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verilərək, Azərbaycan nümayəndə heyətinin bu günlərdə Mərakeşdə keçiriləcək mötəbər beynəlxalq forumlarda iştirak edəcəyi bildirilib. Tədbirdə AŞ-ın Bakı ofisinin rəhbəri səfir Konstantin Yerokostopulos iştirak edib.
URL / WWW
http://kelam.az/article/a-4980.html