Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK ali məktəblərin MBA və TEMPUS proqramları üzrə ADA-nın magistraturasına qəbul imtahanının birinci mərhələsini keçirəcək
19.12.09 02:00

Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturaya və Azərbaycan Diplomatik Akademiyasının magistraturasına qəbul imtahanının birinci mərhələsini keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-dan veriblər. Sənədlərin qəbulu noyabrın 26-dan dekabrın 4-dək aparılıb. Bakalavrlar internet vasitəsilə “Elektron ərizə” doldurub, daha sonra TQDK-da yaradılmış Sənəd Qəbulu Komissiyasında ərizələrini təsdiq etdiriblər. MBA və TEMPUS proqramları üzrə təqdim olunan 273 plan yerinin müsabiqəsində iştirak etmək üçün 424 bakalavr ərizəsini təsdiq etdirib. Onlardan 360 nəfəri MBA, 64 nəfəri isə TEMPUS proqramı üzrə magistraturaya sənəd verib. Azərbaycan Diplomatik Akademiyasının magistraturasına isə 123 nəfər sənəd verib. Qəbul imtahanı Azərbaycan Beynəlxalq Universitetinin binasında keçriləcək, 2 saat 30 dəqiqə müddətində aparılacaq. İmtahanda bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika (Azərbaycan Diplomatik Akademiyasına daxil olmaq istəyənlərə riyaziyyat) üzrə 25 test tapşırığı təqdim olunur. Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən məntiqi təfəkkürü yoxlayan testdən topladığı bal 20-dən, informatika (riyaziyyat) üzrə testdən topladığı bal 10-dan, xarici dili bilmə səviyyəsini yoxlayan testdən topladığı bal 10-dan az olmayan bakalavrlar qəbul imtahanının ikinci mərhələsinə buraxılırlar. Azərbaycan Diplomatik Akademiyasının magistraturasına sənəd verən və qəbul imtahanının birinci mərhələsini keçən namizədlər ikinci mərhələdən azad olunurlar və Azərbaycan Diplomatik Akademiyasının apardığı qəbul proseduralarından keçirlər.
URL / WWW
http://kelam.az/article/a-498.html