Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan üçün həlledici gün
21.10.11 19:29

Bu gün BMT Baş Assambleyasında 2012-2013-cü illər üçün Təhlükəsizlik Şurasına beş qeyri-daimi üzvün seçkisi keçiriləcək. “KƏLAMİNFO” BMT-nin internet saytına istinadən xəbər verir ki, Avropa ölkələri qrupundan bir yerə Azərbaycan, Macarıstan və Sloveniya iddia edir. Afrika və Asiya-Sakit okean ölkələri qrupundan yerlər uğrunda Qırğızıstan, Mavritaniya, Mərakeş, Pakistan və Toqo mübarizə aparacaq. Qəbul olunmuş təcrübəyə görə, bu dəfə iki yeri Afrika, bir yeri isə Asiya ölkəsi tutmalıdır. Beləliklə, heç vaxt BMT Təhlükəsizlik Şurasının üzvü olmayan Qırğızıstan altı dəfə qeyri-daimi üzv olmuş Pakistanla mübarizə aparmalı olacaq. Qalan iki yer uğrunda isə Mavritaniya, Mərakeş və Toqo yarışacaq. BMT Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. Böyük Britaniya, Çin, Fransa, Rusiya və ABŞ qurumun daimi üzvləridirlər. Qalan 10 qeyri-daimi üzv isə Baş Assambleya tərəfindən iki illiyə seçilir. Hər il beş ölkə əvəzlənir. Azərbaycan heç vaxt BMT-nin ali orqanlarından olan Təhlükəsizlik Şurasının üzvü olmayıb. Macarıstan iki dəfə (1968-1969 və 1992-1993), Sloveniya isə bir dəfə (1998-1999) BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Xatırladaq ki, bir çox ölkə Azərbaycanın namizədliyini dəstəklədiyini bildirib. Yalnız Ermənistan rəhbərliyi Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı təmsilçiliyinə qarşı çıxacağını bəyan edib.
URL / WWW
http://kelam.az/article/a-4979.html