Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İndoneziya Konstitusiya Məhkəməsinin sədri Ali Məhkəmədə olub
21.10.11 19:29

Azərbaycanda səfərdə olan İndoneziya Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Manfud və hakimi Maria Farida İndrati Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ali Məhkəmədən veriblər. Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın dünyanın bir çox ölkəsi ilə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini, İndoneziyanın da bu ölkələr sırasında olduğunu bildirib. Ali Məhkəmənin sədri, həmçinin son illər respublikamızda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədilə Ali Məhkəmənin qarşısında duran vəzifələrdən danışıb. Ali Məhkəmənin sədri respublikamızın Konstitusiyasında insan, vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının dövlətin ali məqsədi kimi bəyan edildiyini xüsusi vurğulayıb. Qonağa Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verilib. Görüşdə Azərbaycan və İndoneziya məhkəmə orqanları arasında hüquqi əməkdaşlığın perspektivləri, ədalət mühakiməsi sahəsində beynəlxalq hüquq normalarının və beynəlxalq məhkəmələrin presedent hüququnun tətbiqi aspektləri müzakirə edilib. İndoneziya Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Manfud bildirib ki, Azərbaycanla İndoneziyanın məhkəmə sistemləri arasında müəyyən oxşarlıq var. Məhəmməd Manfud iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını, məhkəmə hüquq sahəsində təcrübə mübadiləsinin aparılmasının zəruriliyini diqqətə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-4978.html