Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Ədəbiyyat » DOST
21.10.11 19:13

Jurnalist Vasif Səmədova ithaf edirəm

Ey mənim qəlbimin sirdaşı dostum,
Gözümün işığı - nur daşı dostum.
Mənim yollarımda gur bir işıqsan
Səndən güc alıram, qüvvət alıram.

Gül-çiçək vurğunu olduğun üçün Meylimi çiçəyə, gülə salıram.
Ən çətin anımda, qəmli çağımda,
Səni öz yanımda görürəm, qardaş!

Dostlar arasında şahsan, ucasan,
Başına bir çələng hörürəm, qardaş!
Uymadın dövlətə, uymadın vara,
Dost üçün canını qurban eylədin.

Dostluq bağçasında çiçəklər əkdin,
Məni öz bağına mehman eylədin.
Sənsən gözüm nuru, könlüm atəşi,
Günəşi qəlbində sən daşıyırsan

Harda xeyirxahlıq, xoş əməl varsa,
Elə bil orada, sən yaşayırsan.
Ey mənim qəlbimin sirdaşı dostum, Gözümün işığı - nur daşı dostum.

Bəhram MƏMMƏDOV
URL / WWW
http://kelam.az/article/a-4976.html