Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Sənli, sənsiz dünyam...
21.10.11 19:13

Doğma yurdum! Qızılı qumlu, ana laylası kimi həzin ləpəli mavi Xəzərin sahillərinə sığınan doğma Buzovnam. Barlı bağları, füsünkar gecələri, sahilin qayalarına layla çalan ləpələri, dənizin ciyərlərin-dən süzülən təmiz havası Buzovnanın min bir gözəlliyinin adi gözlə görünən, duyulan, misilsiz sər-vətləridir.

Neçə-neçə mərd oğulların, həyatlarını vətən uğrunda qurban vermiş şəhidlərin yurdudur bu qəsə-bə. Bir vaxtlar bu yerlərdə kövrək addımlarıyla dolaşan, arzuların qanadlarında gələcəyə pərvazlanan Buzovna yetirmələri bu gün yurdumuza şöhrət gətirən ziyalıları, alim, siyasətçi, dövlət və mədəniyyət xadimləridirlər.İqtisad elmləri doktoru, akademik, millət vəkili Ziyad Səmədzadə, Tibb Elmləri Doktoru, profes-sor Aydın İmaməliyev, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü mərhum Əziz Mirəhmə-dov, Dövlət Mükafatı Laureatı, professor Şamil Səmədzadə, Ağarəfi Zeynalov, Tibb Elmləri Doktoru, əməkdar həkim, Fəxrəddin Cavadov, bir neçə ədəbiyyat dərsliyinin müəllifi, əməkdar müəllim Heydər Eyvazov, xalq artistləri- aktyor Sidqi Ruhulla, aktrisa- Nəcibə Məlikova, Xalq artisti, tarzən Baba Salahov, əməkdar incəsənət xadimi, diktor Soltan Nəcəfov, musiqi nəzəriyyəsi kitab-larının müəllifi Ağabala Əliyev, şair Azər Buzovnalı (Məşhədi Azər) və meyxana ustası, vaxtsız hə-yatdan köçmüş əmim Kəbir Azəri... Adlarını çəkdiklərim və çəkmədiklərim neçə-neçə tanmmış ədə-biyyat, elm və mədəniyyət xadimləri də Buzovnanı yaxın və uzaqlarda tanıdıblar. XX əsrin Azərbay-can ədəbiyyatı xəzinəsinin ustad qəzəlxanı Əliağa Vahidə "Vahid" təxəllüsünü Buzovnada şeir-sə-nət məclislərinin birində şair Azər Buzovnalı vermişdir. Azər Buzovnalının adı çəkiləndə isə əmim Kəbirin ona ithaf etdiyi meyxana yada düşür:


Böyük sənətkar, bizə ustad verən, Qəzəlləri ruha qol-qanad verən,
Şair Əliağaya "Vahid" ad verən, Buzovna kəndinin Məşhədi Azəri,
Şeir, qəzəl yazmaq olub şakəri.


Həyatımın ən gözəl, qayğısız günlərini yaşadığım o uşaqlıq illərində rəhmətlik atam deyərdi: - Qı-zım, bu şəxslər kəndimizin adını uca tutan insanlarıdır. Öz müdrik kəlamları ilə insanın mənəvi dünya-sını zənginləşdirən, əməlləri ilə həyatımızı gözəlləşdirən bu nurlu, xeyirxah adamların adlarını həmişə qürurla çəkmişəm və onlarla fəxr etmişəm. Ürəyimizdə kök salıb, əbədiyyətə qovuşan belə insanların ruhu bizimlədir, həyatdan gedən isə cisimləridir.

Ölüm var ki, həyat qədər dəyərli
Həyat var ki, ölümdən də zəhərli.


Nədənsə son zamanlar dahi şairimiz Hüseyn Cavidin bu misralarını tez-tez xatırlayardı atam. Sanki, ayrılıq çağının yaxınlaşdığını duymuşdu. Çoxyaşamadı, amma nəzakəti, təmkini, xeyirxahlığı, zərif yumor-ları, şeir-sənət vurğunluğu, işıqlı, kövrək bir insan kimi təkcə əzizlərinin deyil, bütün onu tanıyanların xati-rində qaldı atam.


Qınamasın məni oxucularım. Bəlkə də hisslərə qapılıram, düşündüklərimin əsirinə çevrilirəm. Lakin bu bir həqiqətdir ki, yazacaqlarım vaxtsız ata itkisindən, övlad həsrətindən doğan qəlb iniltisi, könül fər-yadıdır. Gözləyirdim ki, atam bir çinar təki qalxıb ucalsın, uzun ömür sürsün, həyatdan kam alıb qocal-sın. Nə biləydim ki, vaxtsız əcəl onu bu qədər tez haqlayacaq.


Ey məni yaradan uca Tanrım, düşündüklərimə, yazdıqlarıma görə məni bağışla...


Ömrümün 27-ci dönəmində ata yurdumun çırağı söndü, üstümə fələyin buz nəfəsli qışı yeridi. Kə-dər, qəm, qüssə, dərd atasızlığın gətirdiyi çəkilməz bir yük oldu. Təklik, tənhalıq, arxasızlıqdır atasız dünyam mənim... Ata itkisinə inanmaqmı olur? Onun yoxluğu ilə necə barışasan? Elə hey gözlərim yol-da, qulaqlarım səsdədir... Hara gedir, hara baxıramsa o müqəddəs varlığı axtarıram. Allahım, necə qıy-dın ona? Bəs nədir mənim günahım? Nədən məni ata nəvazişinə həsrət qoydun? Niyə övladlıq bor-cumu qaytarmağa möhlət vermədin? Ümidlərim, arzularım ürəyimdə, atalı dünyamın şirin xatirələri isə yaddaşımda qaldı.


Onun tükənib bitməyən nə qədər arzuları var idi. Amansız ölümsə macal vermədi... Bu gün ata ocağının çırağını yandıran qardaşlarım Əjdərlə Rüstəmə təhsil vermək, toy etmək, onları xoşbəxt görmək ona nəsib olmadı, ata arzusu olaraq özü ilə ürəyində apardı.


Oğul balaları ata qayğısından yetərincə bəhrələnə bilmədilər. Dünyaya gəlişi ilə atamı sevindirmiş nəvəsi Hacı balam da baba nəvazişinə, baba gülüşlərinə, öpüşlərinə həsrət qaldı. Bir gün ağlı kə-səndə: "Bəs mənim babam hanı?" sualına nə cavab verəcəyəm? Bu fikirlər rahatlıq vermir mənə.


Varlığımın cövhəri, başımın tacı atamın yoxluğunu acı bir nisgillə elə hey düşünür, düşündükcə də üzülürəm. Atasızlığa tab gətirməyən bəndənə rəhm et, Allahım!


Pərvərdigara! Nə olar, qaytar çiliklənmiş arzularıma qovuşmaq xətrinə atalı günlərimi.


Ey Rəbbim, anlaya bilmirəm, nədənsə, hətta doğma ocaq belə getdikcə yadlaşır mənə. Canım bir-qanım bir doğmalarım belə, sanki, Bəhramsızlıqdan özgələşirlər. Ömür-gün yoldaşını itirdikdən sonra üzü gülməyən anamın qəlbini ovundurmaq üçün nə edəcəyimi bilmirəm?.. Bəlkə yaralı, sızıldayan ana qəlbinə sözlə övlad təsəllisi bir məlhəm çəkə bilərdi. Odur ki, çarəsizlikdən gücümü sözə verib həsrət dolu baxışlarla, kövrək, titrək səslə:


- Müqəddəs varlığım, yeganə sirdaşım, ata yurdumun, ata ocağının döyünən ürəyi, ana! Sənin köv-rək qəlbinə məlhəm çəkməkdə çətinlik çəkirəm. İtirdiyin ömür-gün yoldaşını qaytara bilməyən qız ba-lanı bağışla, ana! Qoy uca Tanrı sənə də, mənə də səbr, dözüm, dinclik versin - deyə ocağımızın həm kişisi, həm də xanımı anama təsəlli verməyə çalışdım.


Zamansa keçir, ey ruhumun qibləgahı, ata! İndi sənə əvvəlkindən də çox ehtiyac duyuram. Yadım-dadır ata, sevincimi də, kədərimi də təkcə səninlə bölüşərdim. Nə vaxt nə sözüm olsaydı, sənə üz tutar-dım. Axı, sən çətin, dar günlərimin həmdəmi idin. Məni hamıdan çox duyar, arxa-dayaq olardın. Bu vaxt-sız ayrılıq sevincimi kədərə, gülüşlərimi məyusluğa çevirib. Bu fani həyatda niyə yalqız qoydun məni?! Ata, sənin yoxluğun uzaqdan sevməyi, baxmadan görməyi, toxunmadan hiss etməyi, göz yaşlarimla gül-məyi və röyalarımda səninlə qovuşmaq üçün səbr etməyi öyrətdi mənə. İndi sənli illərimin şirinliyini xati-rələrimdə yaşayıram. Ürəksə elə hey: "Nə olaydı, qayıdaydı atam" deyə çırpınır...


... Xatırlayıram. İsti yay günü idi. Axşamlar günbatanda gəzərdik sahil boyu. Dənizi, ləpələrin səsi-ni dinləməyi, seyr etməyi çox sevirdin. Deyərdin: "Qızım, bax nə gözəl xəlq edib Yaradan bu cahanı. Elə bil bu dalğalar həzin nəğməyə bənzər. Mənsə sözlər qoşmaq istəyirəm bu nəğməyə." Beləcə il-hamlanardın o qərib axşamlardan, mavi Xəzərin sirli pıçıltılarından. O anlarda Xəzərdən, xəzrimizdən ilham alardın. Qəlbindən süzülərdi o şirin, həlim, bir az da kövrək şeirlərin...


Daha bir yay axşamı, sahildəyəm yenə də... Xəzərin köksündən qalxan meh sovurur qızılı qumları. Dəli bir həsrətlə istədim saçlarımda o mehi deyil, sənin əllərinin sığalını duyum. Qəhər məni boğur, elə bil xəzan yelləri əsir ürəyimdə, saralmış yarpaqlarımı sovurur göyə. Günəş şəfəqlərindən isinmiş qızı-lı qumlar, buza döndü ayaqlarım altında.


O isti yay gecəsi mən üşüdüm sənsizliyindən, ata! Elə bil dəniz üstümə yeridi, aldı dörd yanımı, hər şeyi yerindən, məhvərindən qopardı sular. Dünya mənə bomboş göründü. Vahimələndim bu duyğular-dan. Sanki, qorxdum dənizdən, göydən, yerdən, bütövlüklə həyatdan. Dilədim dalğalardan: "Məni xəyal gəmisində aparın uzaq uşaqlıq illərimə, yeniyetmə çağlarıma, o məsud dünənimə! Yenidən yaşayım o qayğısız, şirin, bəxtəvər günlərimi." Əvvəlki tək ürəyim fərəhlə, gözlərim sevinclə dolaydı. Bircə anlığa qa-yıda bilsəydin, Ata! Amma təəssüf yenə qayıtdım sənsiz qalan sahilə.


Evə döndüm. Sənsiz qalmış otağında şəklinlə danışmaq istədim, lakin o mənalı baxışlarınla məni də özün kimi susdurdun. Çarpayına uzanıb, gözlərimi yumdum. Yenə görüşdük...


Dedim: - Ata, bilsən sənsiz necə darıxmışam, necə üşümüşəm? Kaş ki, əllərin əlimdən üzülməyəy-di. İsti qucağını əsirgəmə nə olar?
Sənsə: - Gələn varsa, getməsi də var. Ağlama qızım nə faydası var? Allah sevgisi ilə yaşayan insan, Allaha üsyan etməz heç zaman-dedin. Toxundum, öpdüm, qucaqladım, qoxuladım səni...Əllərinin istisi əllərimdə, səsinin doğmalığı qulaqlarımda qaldı.


Röyadan ayılıb gözlərimi açanda bitdi həsrətində olduğum bu görüş. Bəlkə də, sən mənim röyama yox, mən atalı dünyama qayıtmışdım.
Ayrılığına dözə bilməyən qız balanın dinləməkdən doymadığı səsinə, danışdığın xatirələrə nə qədər eh-tiyacı var Ata! Elə buna görə içimdə səni xəyalən yaşatmaq istəyim səngiməyir, usanmayır. Sən bizə hə-yatı necə yaşamağı öyrədərdin. Ata dərsi, övlad həvəsi başa çatmadı. Sarsıntılar, nisgillər nə qədər çox olsa da, çalışırıq sən qoyduğun yolla addımlayaq, özümüzü itirməyək, iradəmizi gücləndirək. Mənliyin, qürurun ilə çoxlarına nümunə idin. İş yoldaşlarının, dostlarının, qohumlarının, el-obanın istəklisi olmuşdun. Ədəb-ərkanı ilə seçilən, yaşlı ilə yaşlı, körpə ilə körpə olan, atam... Sevimli şairimiz Rəsul Rzanın ifadə-si ilə desək:

Dostluğa sadiq idi.
Ülfəti yumşaq idi
Nə deyim... necə deyim..
Yaşlı bir uşaq idi.


Ürəyimdə, duyğularımda ata ocagını, sevincini, sevgisini hiss edirəm. Sənli xatirələrim məni qanadlarına alıb şirinli, şəkərli keçmişimə aparır, şeirlərdə, qəzəllərdə, nağıllarda axtarıb tapıram. Görüşünə gəlirəm, fərqli bir görüşdü bu. Nə dəniz var, nə sahil, nə xəyal var nə də qəzəl. Sukut çökmüş bir qəbiristanlıq... Qə-rənfillərlə örtülmüş məzarın... Başdaşına həkk olunmuş gülərüzlü əksin qarşılayır məni. Atalı günlərimizdən fərqli olaraq biz səni yox, sən bizi dinləyirsən. Balalarını min bir dillə əzizləyənim, bəs bu gün niyə susursan? Bəlkə, bizi ölümünə inandırmağa çalışırsan? Yox! Sən o böyük Allahın dərgahında Haqqa qovuşmusan. Axı, sən özün də daim haqq axtarışında idin. Bizdən ayrılıb indi atan - əziz babamız Məmmədbağırla, qardaşın - sevimli əmimiz Kəbirləsən. Qoy ruhunuz şad, qəbriniz nurla dolsun ata!
...Üz tuturam Allah evinə. Nakam atanın gözüyaşlı qızı kimi Tanrımın qarşısında diz çöküb əllərimi onun dərgahına açıb, Sizə rəhmət diləyirəm, ata. Rahat yat! Bundan sonra övladın kimi borcum sizə, sizli anlarımızın canlı yadigarı, ətrinizi duyduğumuz ağbirçək Çimnaz nənəmlə ehsanlar vermək, dualar etmək, yasinlər oxumaqdır. Bax bunları ömrümün sonunadək edəcəyimə and içirəm!


Hərçənd dünyada ölüm gerçəkdir, Ölüm-ölmək deyil, yer dəyişməkdir.


Beləliklə, dahi Nizami Gəncəvinin bu hikmətli misralarından ruhlanaraq Rəsul Rza, Hüseyn Cavid və s. ədiblərin işığına sığındım, atamın ruhunu şad etmək üçün əlimə qələm alıb mən də özümü poe-ziya dünyasında sınamağa çalışdım. Elə bil, süzülüb gələn misralar ürəyimlə boş kağız arasında bir tə-mas yaratdılar. Amma bilməzdim bu misralar sənsizlikdən doğan həsrətimdən söz açar:

Sən mənim özümsən, həm də canımsan,
Ürəkdə, damarda axan qanımsan.
Sənsiz qalmağıma necə razısan?
Çətin ayrılığa dözərəm ata.


Hər yerdə, hər zaman səni gözlərəm,
Sənin xatirəni mən əzizlərəm,
O gülər üzünə həsrət çəkərəm.
Allahdan min rəhmət dilərəm ata.


Sevmirəm yanvarı, apardı səni,
Əbədi həyatdan ayırdı səni,
Kövrək ürəyimdən qopardı səni
Göz yaşımı gizlin silərəm ata.


Nə olar atalar ölməyəydi kaş, Ömürlük övlada olaydı sirdaş, Əlimdə qərənfil, gözlərimdə yaş Hər gün ziyarətə gələrəm ata.
Yaxşı yadımdadır. Arabir müşahidə etdiklərini, arzu yə istəklərini, məhəbbətini şeirləşdirməyə çalı-şırdın. Äz-çox buna nail ola bildin. Nə vaxtşa yazdığın mişralara əl gəzdirib kitab şəRlində çap etdirmək arzusunda idin. Lakin amansız ölüm buna imkan vermədi. Yazdığın misralar da ömrün kimi nakam qal-dı...


Nə vaxdır ki, sənli, sənşiz dünyam məni arzularının çin olması yoljannı arayıb axtarmağa səsləyir. Şeirlərini bir-bir oxuyub düşünür, o misraların arxasından boylanan ülvi sevgini, hicran acısını, vüsal sevincini, sədaqətli və vəfafı dostluğu görürəm. Onlar mənə nə qədər doğmadır, əzizdir. Peşəkar şai-rin, tənqidçinin sənin şeirlərindəki xətalara, tutacaqları iradlara belə məhəl qoymadan onları bir yerə toplayıb, olduğu kimi nəşr etdirməyə qərar verdim. Axı bu şeirlər sənin özünsən. Doğrudur, mən onla-rı peşəkarlara redaktə etdirə də bılərdim. Lakin bilərəkdən bunu etmədim. Çünki sən püxtələşdikdən sonra şeirlərini qaydaya salmaq arzusundaydın. Lakin...
Əziz oxucum! Atamın həyatı kimi nakam qalmış şeirlərinin bir neçəsini sizlərə necə varsa eləcə də təqdim edirəm.
Pərvanə Məmmədova
“Kaspian İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin
böyük redaktoru
URL / WWW
http://kelam.az/article/a-4974.html