Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Əbülfəs Qarayev Asiya İnkişaf Bankının nümayəndələrini qəbul edib
21.10.11 02:13

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyətini qəbul edib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüş zamanı əsasən 2015-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan AİB İdarə Heyətinin növbəti iclası ilə bağlı hazırlıq işləri, iclasın keçiriləcəyi yer, tədbirin mədəni proqramı və digər təşkilatı məsələlər müzakirə olunub. Söhbət əsnasında həmçinin ölkəmizlə AİB arasında ikitərəfli əməkdaşlığın vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb və ikitərəfli əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb. Qeyd edək ki, AİB-nın Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Olli Noroyono, təşkilatın katibi Robert Douson, təşkilati işlər üzrə məsul Cill Meri Drilonun daxil olduğu nümayəndə heyəti AİB İdarə Heyətinin növbəti iclasının yüksək şəkildə keçirilməsi ilə bağlı məsləhətləşmələrin gələcəkdə də uğurla davam etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-4973.html