Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Cavid Hüseyn yeni albomunu ad günündə təqdim edəcək
20.10.11 20:13

Müğənni Cavid Hüseyn yeni albomunu musiqisevərlərə təqdim edəcək. Musiqi toplusu gələn ilin əvvəllərində işıq üzü görəcək. İfaçının “KƏLAMİNFO”ya verdiyi məlumata görə, “Azərbaycanım” adını verəcəyi albomda tanınmış Azərbaycan bəstəkarlarının yeni, eləcə də xalq mahnıları yer alacaq: “ Albom adını verəcəyim “Azərbaycanım” mahnısı da hazır olandan sonra artıq işıq üzü görəcək. “Azərbaycanım” mahnısını bəstəkar Faiq Sücəddinov mənə təqdim edib. İstəyirəm ki, albomu yanvar ayından sonra - gərgin günlərimiz keçəndən sonra təqdim edim. Ola bilər ki, elə martın 22-nə - öz ad günümə salım. Bu da gözəl bir tarix kimi yadda qala bilər. Alboma 12 mahnı daxildir. Xalq mahnısı “Sarı gəlin”i dinləyicilərə yeni aranjemanda təqdim edəcəm”. Cavid Hüseyn albomda toplanan mahnıların Baba Vəziroğlu, Vahid Əziz, Məhəbbət xanım kimi istedadlı şairlərin sözlərinə bəstələndiyini dedi. “Azərbaycanım” albomunda yer alan Rəhim Rəhimlinin “Leylacan” mahnısına artıq klip çəkildiyini bildirən müğənni elə “Azərbaycanım” mahnısının ekran versiyasının hazırlanacağını da dedi: “Leylacan” mahnısının klipi yaxın vaxtlarda efirlərdə gedəcək. İstərdim ki, “Azərbaycanım” mahnısına çəkilən klip bölgələrimizdə lentə alınsın. Mahnıda adlarını çəkdiyim Naxçıvan, Lənkəran, Quba daxil olmaqla bütün şəhərlərimizin adları çəkiləndə onların gözəl bir abidəsi, ya həmin bölgənin ümumi mənzərəsi, nümunəvi məkanlarından görüntülərin klipdə yer almasına çalışacam. Və “Azərbaycanım” deyəndə bütün bölgələrin şəkli birləşib xəritə yaratsın. Bununla istəyirəm deyim ki, Azərbaycanı bölmək lazım deyil, hər bölgənin, hər torpağın qarışı bizim üçün doğma və əzizidir. Fikrim var klipə ya Ülviyyə Könül, ya da Kənan M.M quruluş versin. Ülviyyə xanımla bir neçə iş birliyimiz olub və çox xoşum gəlib. Bu iki klipmeyker fikrimdədir. Hər ikisinə təklif edəcəm, hansının imkanı və istəyi olsa çəkər”. “Azərbaycanım” albomu Cavid Hüseynin diskoqrafiyasında ikinci olacaq. Onun “Səndən ayrı” adlı musiqi toplusu 2009-cu ildə işıq üzü görüb. “Azərbaycanım” mahnısına çəkilən klip isə müğənninin videoqrafiyasında 6-cı yeri tutacaq. Qastrol səfərlərindən də danışan müğənni yaxın aylarda köhnə SSRİ məkanına daxil olan ölkələr və Avropaya gedəcəyini açıqladı. 20-dən artıq ölkədə solo konsert proqramı ilə çıxış edən Cavid Hüseyn Azərbaycanda da musiqisevərləri bir araya toplamaq arzusundadır: “Rusiya daxil olmaqla Ukrayna, Belarus, Gürcüstan kimi ölkələrdə ansamblım ilə bərabər silsilə konsert proqramları verəcəyik. 2 həftədən sonra səfərlərimiz başlayacaq. Bizi Almaniyaya da dəvət ediblər. Oraya yeni il ərəfəsində gedəcəyik. Hollandiya, Belçika da Almaniya həmsərhəd ölkələr olduğu üçün ola bilər oralara da gedək. Bakıda konsert proqramı ilə çıxış etməklə bağlı bir az problemlər var. Yəqin ki, müəyyən detallar, maliyyə məsələlərini həll etdikdən sonra Bakıda da konsert verməyi düşünərik. Böyük bir problem yoxdur, ancaq maliyyə məsələsidir. Bu olsa, çox istərdim ki, doğma Bakımızda da konsert proqramı ilə çıxış edim. Təəssüf ki, Azərbaycanda konsertim olmayıb. Amma müəyyən şəhərlərdə dövlət tədbirlərində iştirak etmişəm. Lakin solo konsert başqa şeydir, istərdim olsun. Harda təşkil edilməsi fərq etmir, istər Filarmoniya, istər Rəşid Behbudov adına Mahnı Teatrı. Şərait yaransa, Heydər Əliyev Sarayında olsa, mənim üçün daha böyük xoşbəxtlik olardı. Mən istərdim ki, gələn ilin ilk 6 ayında artıq solo konsertim keçirilsin”.
URL / WWW
http://kelam.az/article/a-4972.html