Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Yunanıstan parlamenti yeni qənaət tədbirlərini təsdiqlədi
20.10.11 20:13

Yunanıstanda yüz minlərlə insanı küçə və meydanlara çıxaran yeni qənaət tədbirlərinin yer aldığı təkliflər paketi parlamentdən ilk icazəni alıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, ilk səsvermədə təsdiqini tapan paketdə vergi artımları, maaş və sosial ödənişlərdə kəsintilər yer alıb. Paketin təsdiq tapması elan edildiyi andan parlamentin qarşısında yığışan on minlərlə vətəndaş gecə soyuq havaya məhəl qoymadan 48 saatlıq nümayiş qərarından geri çəkilməyib. Dünən axşam saatlarında parlamentin qarşısında silahlı qarşıdurma yaşanıb. Polis nümayişçiləri dağıtmaq məqsədi ilə gözyaşardıcı qaz və səsli bombalardan istifadə edib. Əsgər və polislərə şüşə su qabları və daşla cavab verən üsyançılar arasında yaralananların olduğu bildirilir. Ölkənin mərkəzi aeroportunun işçiləri 12 saatlıq tətil elan etdiyindən bütün uçuşlar ləğv edilib. Son paketin təsdiqinə səs verilməsi ilə 30 min insanın işdən çıxarılması da təsdiqlənib.
URL / WWW
http://kelam.az/article/a-4970.html