Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Türkiyə sərhədləri aşan mübarizəyə başlayacaq
20.10.11 20:13

Türkiyənin Hakkari bölgəsində 24 əsgərin öldüyü, 18 əsgərin yaralandığı hücumdan sonra İraqın qərbində PKK-çılara qarşı hərbi əməliyyatlar genişləndirilib. “KƏLAMİNFO” “The Daily Telegraph”a istinadən xəbər verir ki, Türkiyənin bütün şəhərlərində terror əleyhinə nümayişlər başlayıb. Mənbənin məlumatına görə, PKK qüvvələrinin gözlənilmədən belə bir hücum reallaşdırması Suriya və İranla bağlıdır. Bu hücumun arxasında son zamanlar Türkiyə ilə meydan savaşına girən adıçəkilən ölkələrin durduğu iddia edilir. Bu gün səhər saatlarında ABŞ, AB və NATO hücumları qınayan bəyanatlar yayıb. Ağ Evdən Çankaya köşkünə terrorla mübarizədə təmənnasız dəstək təklifi gəlib. Hadisələrin genişliyini, hücum trayektoriyasını və itkini analiz edən “The Guardian” isə bu hücumun 90-cı illərin soyuyan hadisələrindən sonra ilk böyük hücum olduğunu yazır. “Türkiyənin yarası deşildi” başlıqlı yazıda bölgədə Misir, İraq, Liviya kimi iri dövlətləri yanına almış Türkiyənin sərhədləri aşan bir mübarizəyə başlayacağı ehtimalının mümkünlüyü qeyd edilir.
URL / WWW
http://kelam.az/article/a-4969.html