Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda MDB və Şərqi Avropada analoqu olmayan təyyarə trenajor mərkəzi açılıb
20.10.11 20:13

Bu gündən etibarən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) Milli Aviasiya Akademiyası və “Boeing” şirkəti “Boeing – 757”, “Boeing – 767”, “Airbus -319”, “Airbus -320”, “ATR – 42-500” və “ATR – 72-500” tipli uçuş trenajorlarının birgə istismarına başlayır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya “AZAL”dan veriblər. Təqdim edilən trenajorlar beynəlxalq standartlar və tələb olunan bütün texniki xarakteristikalara uyğundur. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) tələblərinə cavab verən yüksək səviyyəli bu hazırlıq mərkəzi indi nəinki regionda, hətta MDB məkanında və Şərqi Avropa ölkələrində analoqu olmayan trenajor mərkəzidir. Bu mərkəz dünya standartları səviyyəsində fəaliyyətə başlamaqla yanaşı, burada həmçinin “Boeing – 757”, “Boeing – 767”, “Airbus -319”, “Airbus -320”, “ATR – 42-500” və “ATR – 72-500” trenajorlarına texniki xidmət göstəriləcək. Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda mərkəzin açılışı olub. “AZAL” 2011-ci ildə zəruri hava gəmisi tipinə aid normativ tələblərə əsasən hər bir trenajor üçün Böyük Britaniya Mülki Aviasiya İdarəsinin müvafiq sertifikatlarını alıb.
URL / WWW
http://kelam.az/article/a-4968.html