Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bakının 3 məktəbində şagirdlərin dərsə davamiyyəti yoxlanılıb
21.10.11 02:13

Bu gün Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə paytaxtın orta ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətinə dair monitorinq keçirilib. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, monitorinqi mətbuat işçilərinin seçimi əsasında Bakının Nərimanov rayonundakı 177, 47 və 258 nömrəli orta məktəblərdə aparılıb. Reyd zamanı həm ibtidai, həm də yuxarı siniflərdə şagirdlərin davamiyyət faizinin yüksək olduğu (95 faizdən yuxarı) müşahidə edilib. Monitorinq qrupu, həmçinin məktəblərdə tədrisin təşkilinin bir sıra digər məsələləri ilə maraqlanıb, jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Müvafiq monitorinqlərin hər həftə paytaxtın bir rayonu üzrə keçirilməsi nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-4966.html