Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Əhmədoğlu: Qarabağda yaşayan ermənilərlə orada yaşamış azərbaycanlılar görüşsün
21.10.11 02:13

“Dağlıq Qarabağda yaşayan ermənilərlə, orada yaşamış azərbaycanlıların görüşü təşkil olunmalıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə siyasi ekspert Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. Politoloqun sözlərinə görə, Azərbaycan tərəfi həm döyüşməyi, həm də barışmağı bacarır. “Nazir Ramil Usubovun Qarabağa səfəri bir daha sübut etdi ki, Azərbaycan xalqı həm vuruşmağı, həm də barışmağı bacaran xalqdır”,-deyə o əlavə edib. M.Əhmədoğlu ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin ayrı-ayrılıqda Qarabağ münaqişəsinə münasibətini analiz edib. O, Rusiyanın Qarabağ konfliktində vasitəçi olmasının uğursuzluqla nəticələndiyini diqqətə çatdırıb. Siyasi ekspertin sözlərinə əsasən, prezidentlərin son 3 görüşündə Ermənistan müəyyən danışıqlardan boyun qaçıraraq Rusiyanın vasitəçi mövqeyini yerə vurdu və onun imicinə xələl gətirdi. “ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunmasının tərəfdarıdır. Lakin eyni zamanda status-kvonun dəyişdirilməsinə səy göstərir.Vaşinqton münaqişənin həll olunmamış qalmasını region üçün ciddi təhlükə hesab edir”,-deyə o, əlavə edib. Politoloq Fransanın mövqeyinə də aydınlıq gətirib. O, Fransanın Qarabağ məsələsində sırf Ermənistan tərəfi kimi çıxış etməsini nəzərə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-4965.html