Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanla Qazaxıstan arasında dörd sənəd imzalanıb
20.10.11 20:13

Bu gün prezident İlham Əliyevin və prezident Nursultan Nazarbayevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub. “KƏLAMİNFO” xəbər verir ki, “Azərbaycan Respublikası Prezidentinin və Qazaxıstan Respublikası Prezidentinin Birgə Bəyannamə”sini Azərbaycan prezidenti İlham Əliyev və Qazaxıstan prezidenti Nursultan Nazarbayev imzalayıblar. “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında diplomatik nümayəndəliklərin yerləşdirilməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında Saziş”i Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanov imzalayıblar. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokolu”nu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanov imzalayıblar. “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Qazaxıstanın nəqliyyat və kommunikasiya naziri Berik Kamaliyev imzalayıblar.
URL / WWW
http://kelam.az/article/a-4964.html