Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı 200-dən çox normativ-hüquqi akt imzalanıb
20.10.11 20:13

Son 20 ildə daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı 200-dən çox fərman və sərəncam imzalanıb, nazirliyin təşkilati strukturu təsdiqlənib, bir sıra qanunlar, əsasnamələr qəbul edilib. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirlər daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəsmi mətbuatda dərc edilən yazısında əks edilib. Qeyd edilib ki, beynəlxalq ekspertlərin yüksək dəyərləndirdiyi həmin normativ-hüquqi aktların effektli tətbiqi ixtisaslı kadrların hazırlanmasını tələb etdiyindən bu sahədə də görülən işlər məqsədyönlü və davamlı olub. Ötən 20 ildə orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali təhsilli əməkdaşların xüsusi çəkisi 58,3 faizdən 90 faizədək, onların tərkibində hüquqşünasların xüsusi çəkisi 33,3 faizdən 76,4 faizədək yüksəlib. Müstəqillik illərində 40-a yaxın dövlətin aidiyyatı qurumları ilə 48 ikitərəfli və 25 çoxtərəfli saziş, memorandum və protokol imzalanıb. Bu müddətdə 5 mindən çox əməkdaş və hərbi qulluqçu BMT, NATO, Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumların təşkil etdikləri 3 minə yaxın müxtəlif forum və müşavirələrdə iştirak edərək təcrübə mübadiləsi keçiblər.
URL / WWW
http://kelam.az/article/a-4961.html