Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Prezident Kuboku uğrunda çövkən milli oyunu keçiriləcək
18.12.09 21:00

Sabah şəkidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Prezident Kuboku uğrunda çövkən milli oyunu keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Ölkə Prezidentinin Fərmanına əsasən yaradılmış Respublika Atçılıq Turizm Mərkəzində təşkil edilən bu yarışmada Şəki və Yevlax şəhərləri, Ağcabədi, Ağdam, Ağstafa, Balakən, Goranboy, İsmayıllı, Qax, Qəbələ, Oğuz və Zaqatala rayonlarının nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur. Tədbirin Münsiflər Heyətinin qərarı ilə müəyyənləşdiriləcək qalib komandalar nazirliyin diplomu və mükafatları ilə təltif ediləcək.
URL / WWW
http://kelam.az/article/a-496.html