Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Daxili işlər orqanlarının 35 əməkdaşı xidmətdən xaric olunub
20.10.11 20:13

Daxili nəzarət qaydasında həyata keçirilən tədbirlər nəticəsində təkcə cari ilin 9 ayı ərzində korrupsiya şəraiti yaradan hallara yol verdiklərinə görə, 43 fakt üzrə 35 əməkdaş xidmətdən xaric olunub. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirlər daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəsmi mətbuatda dərc edilən yazısında əks edilib. Məqalədə qeyd edilib ki, şəxsi heyət arasında neqativ halların qarşısının alınması sahəsində lazımi tədbirlər görülür və bu istiqamətdə işlər davam etdiriləcək. Məqalədə o da qeyd edilib ki, bu gün daxili işlər orqanlarının fəaliyyəti cəmiyyət üçün açıq və sosial yönümlüdür. “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın icrası, o cümlədən polisə gətirilmə, saxlanılma və məsuliyyət tədbirlərinin tətbiqi prosesində qanunçuluğa ciddi riayət olunması, bütövlükdə insan hüquq və azadlıqlarının təmin edilməsi kimi vacib məsələlər gündəlik nəzarətdədir.
URL / WWW
http://kelam.az/article/a-4959.html