Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ramil Usubov: 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib
21.10.11 02:13

“Artıq neçə illərdir ki, Azərbaycan yalnız dinamik iqtisadi inkişaf tempinə görə deyil, həm də cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində lider dövlətlərdəndir”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirlər daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəsmi mətbuatda dərc edilən yazısında əks edilib. Məqalədə qeyd edilib ki, ötən dövrdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Əllərdən qanunsuz saxlanılan 34 minə yaxın odlu silah yığılıb və son 17 ildə onun tətbiqi ilə törədilən cinayətlərin sayı təxminən 11 dəfə azalıb. Axtarışda olan 78 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 5 tona yaxın narkotik vasitə çıxarılıb. Həyata keçirilən profilaktik tədbirlərin nəticəsidir ki, son illər bir sıra ağır cinayətlərin azalma tendensiyası müşahidə olunur. İl ərzində qeydə alınan hüquqazidd əməllərin 90 faizə qədəri böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərdir. Məqalədə o da müqayisə edilir ki, əhalinin hər 100 min nəfərinə nisbətdə Azərbaycanda qəsdən adam öldürmə və ona cəhdlər cəmi 2,7, quldurluqlar 1,9, hədə-qorxu ilə tələb etmələr 0,3, banditizm 0,01 fakt təşkil etməklə əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır.
URL / WWW
http://kelam.az/article/a-4958.html