Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İndoneziya Konstitusiya Məhkəməsinin sədri Azərbaycanda səfərdədir
20.10.11 20:12

İndoneziya Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Manfudun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. “KƏLAMİNFO” xəbər verir ki, bu gün Məhəmməd Manfudun başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb. Sonra Şəhidlər Xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər.
URL / WWW
http://kelam.az/article/a-4957.html