Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » MDB və Baltik ölkələri Olimpiadanın Bakıda keçirilməsi üçün dünyaya çağırış edib
20.10.11 20:12

MDB və Baltikyanı ölkələr dünyanı 2020-ci il olimpiadasının Bakıda keçirilməsini dəstəkləməyə çağırıblar. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib. O qeyd edib ki, Rusiya Olimpiya Komitəsinin baş katibi Marat Bariyev Bakıda MDB və Baltik ölkələrinin MOK rəhbərlərinin regional forumunda müxtəlif səsvermələrdə bir yerdə olmaqla və bir mövqe nümayiş etdirməklə bağlı çağırış edib. “2020-ci il üçün Bakının namizədliyi irəli sürülən zaman səsvermədə, həmçinin öz ölkələrində buna rəy formalaşmasında 13 MDB və Baltikyanı ölkələrin MOK-ları Azərbaycana köməklik göstərə bilərlər. Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyini təsdiq edib. Azərbaycanda Bakının namizədliyi ilə bağlı təşkilat komitəsi yaradılıb. 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakı ilə yanaşı, Madrid, Roma, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri də namizədliklərini irəli sürüblər. İlk təqdimat 2012-ci ilin fevral ayında baş tutmalıdır. BOK ikipilləli seçimdən sonra 7 sentyabr 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Olimpiadaya ev sahibliyi edəcək şəhərin adını açıqlayacaq” - deyə nazir vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-4956.html