Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Eurovision–2012” mahnı yarışmasının iştirakçıları sırasında Belarus da olacaq
20.10.11 02:00

Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision – 2012” mahnı yarışmasıda iştirak etmək üçün Belarus da öz namizədliyini təsdiqlədib. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, ölkənin müsabiqə üzrə yayımçısı BTRC Belarusu təmsil edəcək müğənninin seçimi üçün “Euro Fest” müsabiqəsini elan edib. Noyabrın 1-dən 25-dək ərizələrin qəbulu və mahnıların dinlənilməsi həyata keçiriləcək. Seçiləcək ən yaxşı 15 mahnı isə dekabrda təşkil olunacaq milli seçim turunun yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Qeyd edək ki, yarımfinalda münsiflər heyəti və tamaşaçıların birgə səsverməsi ilə 5 ən uğurlu mahnı 2012-ci ilin yanvarında keçirilməsi nəzərdə tutulan milli seçimin final mərhələsində birincilik uğrunda mübarizə aparacaq. Xatırladaq ki, Belarusun “Eurovision” mahnı müsabiqəsində ən uğurlu nəticəsi 2007-ci ildə Dmitri Koldunun ifasında “Work your magic” mahnısı ilə altıncı yeri tutması ilə yadda qalıb.
URL / WWW
http://kelam.az/article/a-4955.html