Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Zirvədəki şəxsiyyətlər: Səməd Vurğun–105” keçiriləcək
19.10.11 20:00

Xalq şairi Səməd Vurğunun 105 illik yubileyi keçiriləcək. Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, “Zirvədəki şəxsiyyətlər: Səməd Vurğun–105” adlı anım tədbiri Dövlət Gənc Tamaşaçılar Teatrı, Səməd Vurğunun ev–muzeyi və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndir” məclisi tərəfindən birgə həyata keçiriləcək: “Yubiley tədbirinin proqramı zəngindir. Öncə tədbir iştirakçıları Səməd Vurğunun Fəxri Xiyabandakı məzarını ziyarət edəcək, ədibin xatirəsini bir dəqiqəlik sükutla yad edəcək, məzarı üzərinə güllər qoyacaqlar. Ədibin nəvəsi, Səməd Vurğun Fondunun və ev-muzeyinin rəhbəri Aygün Vəkilova çıxış edəcək. Daha sonra mərasim iştirakçıları Səməd Vurğun bağında ucaldılmış şairin heykəli önündə ədibi yad edəcəklər. Burada filologiya üzrə fəlsəfə doktoru, Vurğunşünas Aslan Salmansoy çıxış edəcək, muzeyin elmi işçisi Mələk Musayeva Vaqif Səmədoğlunun “Atamın məktublarına cavab” şeirindən bir parça səsləndirəcək”. Rəngarəng olacaq anım yubiley tədbiri şairin ev-muzeyində davam edəcək. İştirakçılar muzeyin ekspozisiyası ilə tanış olmaqla bərabər, ədəbi-bədii proqrama uyğun çıxışları izləyəcəklər. Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar çıxış edəcəklər.
URL / WWW
http://kelam.az/article/a-4954.html