Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil naziri: “Müəllim çatışmazlığı ilə bağlı problem yaşanmayıb”
19.10.11 20:00

“Müəllimlərin yaş senzi ilə bağlı təqaüdə göndərilməsindən sonra rayon mərkəzlərində, şəhərlərdə, əhalinin sıx məskunlaşdığı qəsəbələrdə müəllim çatışmamazlığı ilə bağlı problem yaşanmayıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında təhlis naziri Misir Mərdanov bildirib. O bu kimi problemin ucqar kəndlərdə olduğunu qeyd edib. “Ucqar kəndlərdə, dağlıq yerlərdə müəyyən problemlər var və biz də onu həll etməyə çalışırıq”-deyə nazir vurğulayıb. M.Mərdanov həmçinin bildirib ki, böyük məktəblərin hər birində rəsmi psixoloq xidməti təmin edilib. “Kiçik məktəblərdə müəyyən çətinliklər var və respublikada eyni zamanda bu işi görməyi bacaran psixoloqların da sayı kifayət qədər deyil və bu istiqamətdə iş aparırıq”-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4949.html