Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanın Müstəqillik Günü Bolqarıstanda da qeyd olunub
20.10.11 02:00

Azərbaycan Respulikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü Bolqarıstanda da qeyd olunub. Azərbaycanın Bolqarıstandakı səfirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfirlik tərəfindən Sofiyada keçirilən 400 nəfərlik rəsmi tədbirdə Bolqarıstan hökuməti, Prezident Administrasiyası, Xalq Məclisi, yerli icra və özünüidarə etmə orqanlarının məsul işçiləri, Azərbaycan-Bolqarıstan Parlamentlərarası dostluq qrupunun üzvüləri, KİV rəhbərləri və digər mötəbər şəxslər iştirak edib. Səfir Emil Kərimov “Müstəqillik Günü”nün tarixininin ilk illərini xatırladarkən o vaxt ölkəmizin çətin və iqtisadi vəziyyətinin ağır olmasından, əhalinin ağır və acınacaqlı durumundan, eləcə də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüzü nəticəsində 20% torpaqlarının işğal olunmasından, 1 milyondan çox soydaşımızın qaçqın düşməsindən danışıb. Səfir belə bir çətin anlarda xalqın bu durumdan ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra nicat tapmasını və hal-hazırda İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində ölkənin güclü iqtisadi inkişaf mərhələsində olduğunu bildirib. E.Kərimov Azərbaycan-Bolqarıstan respublikaları arasında günü-gündən inkişaf edən münasibətlərdən, həmçinin son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin həcminin 4 dəfə artmasından və hökumətlər arası qarşılıqlı rəsmi səfərlərdə və onların mahiyyəti haqqında da tədbir iştirakçılarına məlumat verib. Xatırladaq ki, rəsmi bayram ziyafətində qonaqlara Azərbaycan mətbəxinin təamları, bir sıra dahi bəstəkarlarımızın əsərləri, mədəniyyətimizi, incəsənətimizi və turizm potensialımızı əks etdirən videoroliklər təqdim olunub. Tədbirin sonunda isə qonaqlara ölkəmizlə bağlı ingilis və bolqar dillrərində kitablar, jurnallar, açıqcalar və s. hədiyyə olunub.
URL / WWW
http://kelam.az/article/a-4948.html