Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Sinan Oğan Azərbaycan xalqını mütəqillik günü münasibətilə təbrik edib
19.10.11 20:00

Türkiyə Azərbaycan Dərnəyinin (TAD) fəxri sədri, Milliyyətçi Hərəkat Partiyasının (MHP) Iğdırdan olan millət vəkili Sinan Oğan Azərbaycan xalqını dövlət müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə təbrik edib. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata əsasən, Azərbaycanın müstəqilliyinin daim olmasını diləyən millət vəkili bu günün Türkiyə Böyük Millət Məclisində geniş şəkildə qeyd ediləcəyini bildirib: “Bunun üçün ciddi hazırlıqlar etməkdəyik. 1991-ci ilin 18 oktyabrı bölgədə böyük bir Türk varlığının yenidən ortaya çıxdığı bir tarixdir. Azərbaycanın müstəqilliyini 70 illik bir aradan sonra yenidən qazanması bölgədə böyük və güclü bir ölkəni yenidən tarix səhnəsinə çıxarıb”. Almaniyadakı Azərbaycan diasporu da alman ictimaiyyətini Müstəqillik Günü münasibətilə məlumatlandırıb. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə məlumatlandırıcı məktub yayınlayıb. Məktub Almaniyanın ictimai və sosial qurumlarına, dövlət və qeyri dövlət idarələrinə, alman ictimaiyyətinə, eləcə də Azərbaycan Diasporuna və cəmiyyətlərinə ünvanlanıb.
URL / WWW
http://kelam.az/article/a-4946.html