Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Sabir Rüstəmxanlı: 1990-91-ci illərdə SSRİ-nin dağıldığını Naxçıvanda Heydər Əliyev görürdü
19.10.11 20:00

“1990-91-ci illərdə SSRİ-nin dağıldığını hamı, hətta Naxçıvanda Heydər Əliyev də görürdü, lakın o vaxtkı Azərbaycan hakimiyyəti görmürdü və bizi SSRİ-nin dağılmaması üçün addımlara təhrik edirdi”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.O, qeyd edib ki, həmin hakimiyyət onları təzədən Moskvanın qucağına çəkirdi. “O vaxt hamı bilirdi ki, Azərbaycanın SSRİ-nin tərkibində qalıb-qalmaması ilə bağlı referendum keçirilməsi bizim təzədən İttifaqın tərkibində qalmamız demək idi. İndi bu referendumla bağlı müxtəlif söz- söhbətlər gəzir. Amma o vaxt bu konkret olaraq belə olub: sual qoyulmuşdu ki, “Azərbaycanın SSRİ-nin tərkibində qalıb-qalmamsı ilə bağlı referendum keçirilsin, ya yox?”. Biz 43 nəfər də etiraz etdik ki, keçirilməsin. Daha orada sual qoyulmamışdı ki, “Biz SSRİ-nin tərkibində qalaq, ya yox?”, indi sələnən bu fikir yanlışdır. Çünki Azərbaycanın İttifaqın tərkibində qalması müzakirə belə oluna bilməzdi”,-deyə S.Rüstəmxanlı vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-4945.html