Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » TürkPA baş katibi Ramil Həsənov Qazaxıstana gedir
19.10.11 20:00

Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov 20-21 oktyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçiriləcək Türkdilli Dövlət Başçılarının sammitində iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TürkPA-dan veriblər. Sammit çərçivəsində TürkPA baş katibinin xarici işlər nazirlərinin toplantısında, habelə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentlərinin iştirak edəcəyi sammitdə iştirakı planlaşdırılır. TürkPA baş katibinin Türkdilli Dövlət Başçılarının qarşısında TÜRKPA-nın bir illik fəaliyyəti ilə bağlı hesabat çıxışı nəzərdə tutulur. Səfər çərçivəsində R.Həsənovun həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TÜRKKON) Baş katibi Halil Akıncı və TÜRKSOY-un Baş katibi Düsen Kaseynovla da iki tərəfli görüşləri planlaşdırılır.
URL / WWW
http://kelam.az/article/a-4944.html