Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanın Braziliyada səfirliyi açılacaq
19.10.11 20:00

Bu gün Azərbaycan və Ekvador Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında protokol imzalanıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Aroka ilə görüşdən sonra keçirdiyi brifinqdə deyib. E.Məmmədyarov qeyd edib ki, ekvadorlu həmkarı ilə görüşdə enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Nazir həmkarına Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi barədə ətraflı məlumat verib. Nazirlər humanitar sahədə bir sıra tədbirlərin keçirilməsi, parlamentlərarası əlaqələri gücləndirmək qərarına gəliblər. E.Məmmədyarov bildirib ki, Latın Amerikası ölkələrinin Azərbaycana marağı ildən-ilə artır: “Eyni zamanda, Azərbaycanın da bu ölkələrə marağı var”. Nazir Latın Amerikası ölkələrində diplomatik nümayəndəliklərin sayının artığını xatırladıb. O, aşıqlayıb ki, yaxın gələcəkdə Azərbaycanın Braziliyada da səfirliyi açılacaq. Ekvadorla Azərbaycan arasında siyasi əməkdaşlığın çox yaxşı davam etdiyini diqqətə çatdıran E.Məmmədyarov ikitərəfli əlaqələrin daha da genişlənəcəyinə əminliyinin bildirib. Azərbaycana ilk dəfə səfər etdiyini diqqətə çatdıran ekvadorlu nazir əmin olduğunu bildirib ki, bu səfər iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə şərait yaradacaq. O, azərbaycanlı həmkarını Ekvadora səfərə dəvət etdiyini söyləyib. Ekvadorun Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayan nazir ölkəsinin kakao, qızıl gül və bananla məşhur olduğunu diqqətə çatdırıb və əlavə edib ki, Azərbaycanla bu sahədə əlaqə qura bilərlər. Onun sözlərinə görə, Azərbaycan isə Ekvador üçün investisiya layihələri və tikinti sahəsində əməkdaşlıq baxımdan maraqlı ölkədir.
URL / WWW
http://kelam.az/article/a-4943.html