Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ekvadorun xarici işlər naziri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib
19.10.11 20:00

Bakıda səfərdə olan Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Arokanın başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Sonra Şəhidlər Xiyabanına gələn ekvadorlu qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, ā€œƏbədi məşəlā€ abidəsi önünə əklil qoyublar. Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
URL / WWW
http://kelam.az/article/a-4941.html