Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov: Böyük sülh sazişi üzərində işləməyə hazırıq
19.10.11 22:00

“Biz Dağlıq Qarabağ problemi üzrə aparılan danışıqlarda açıq qalan məsələlərə toxunmadan böyük sülh sazişi üzərində işləməyə hazırıq. Açıq qalan məsələlər üzərində iş sürətləndirilməlidir”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. E.Məmmədyarov xatırladıb ki, Azərbaycan əvvəl bəyan etdiyi kimi, indi də böyük sülh sazişi üzərində işlərə başlanmasını istəyir: “Düşünürük ki, böyük sülh sazişi üzərində işə başlamaq lazımdır. İndiyə kimi razılaşdırılan məsələlər əsasında böyük sülh sazişinin hazırlanmasına başlamaq olar”. Nazir xatırladıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər. Onun sözlərinə görə, səfər çərçivəsində Dağlıq Qarabağ problemi ilə bağlı aparılan danışıqların nə yerdə olması müzakirə olunacaq, danışıqlarda açıq qalan məsələlər müəyyən ediləcək.
URL / WWW
http://kelam.az/article/a-4940.html