Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bu gün Məhərrəmlik ayı başlayır
19.12.09 03:58

Bu gün hicri-qəməri təqvimlə Məhərrəmlik ayı başlayır. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurası fətva verib. Bu il Aşura günü dekabrın 27-nə düşür. Fətvada bildirilir ki, təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün İmam Hüseyn (ə) naminə qanvermə aksiyasının təşkili ən münasib təziyədarlıq nümunəsi kimi örnək olmalıdır. Qeyd edək ki, Məhərrəm İslam dininin birinci ayıdır. Bu ayın Aşura günündə Mühəmməd Peyğəmbərin (s) nəvəsi, dördüncü xəlifə Həzrət Əlinin (ə) oğlu İmam Hüseyn (ə) və yaxınları Yəzid ibn Muaviyənin qoşunları tərəfindən amansızcasına qətlə yetirilib.
URL / WWW
http://kelam.az/article/a-494.html