Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Liviyalı üsyançılar: Bani Valid bizimdir
18.10.11 19:41

Bani Validdə Qəddafi hökmranlığına son qoyulub. Belə ki, liviyalı üsyançıların dünənki hücumu nəticəsində şəhəri müdafiə edən Qəddafi tərəfdarları arasında gedən silahlı qarşıdurmada üstünlüyü ələ alan üsyançılar şəhərin mərkəzini tutublar. “KƏLAMİNFO” “The Guardian”a istinadən xəbər verir ki, şəhər ərazisində Beynəlxalq Müvəqqəti Şuranın müəyyənləşdirdiyi qələbə bayraqları asılıb. Üsyançılar Qəddafiyə aid bütün izlər silindikdən sonra üsyanı tamamlanmış sayacaqlarını deyirlər. Hazırda Bani Validdə olan qrupa liderlik edənlərdən biri deyib ki, bu həqiqətə insanların beynini də öyrəşdirmək lazımdır: “Artıq Liviyanın hansısa ərazisini “Qəddafinin məmləkəti”, “Qəddafinin sevimli yeri”, “Qəddafinin istirahət məkanı” - deyə xatırlamaq lazım deyil, bu insanın adını bu torpaqların üstündən götürmək lazımdır. Bani Valid də, Siirt də liviyalılarındır, bizimdir”.
URL / WWW
http://kelam.az/article/a-4936.html