Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ-da başlayan yerli üsyan qlobal xarakter aldı
18.10.11 19:41

Nyu-Yorkda “Wall Street” qalmaqalı ilə alovlanan kapitalizm əleyhinə nümayişlər qlobal xarakter alıb. “KƏLAMİNFO” “The Guardian”a istinadən xəbər verir ki, dünən səhər saatlarından etibarən Madriddə minlərlə insan Porte Del Sol meydanında toplaşıb. “Burada durun!”, “Bu oğurluqdur!”, “Xoşbəxtliyi satın alanlar!” kimi şüarlar və iri sahibkarların üzlərinin əks olunduğu maskalardan istifadə edənlər bütün dünyanı Nyu-York nümayişinə dəstək verməyə, kapitalizmi kökündən sarsıtmağa çağırıblar. Üsyan başlayan gündən bəri ən çox nümayişçi sayı Çilidə qeydə alınıb. Belə ki, Santyaqodakı mitinqlərə 25 mindən çox adam toplaşıb. Frankfurtdakı nümayiş isə Mərkəzi Bankın qarşısında keçirilib. Buraya 5 mindən çox adam toplaşıb. Dünyanın 900 şəhərində özünə tərəfdar toplayan nümayişlərdə 60 mindən çox insan küçə və meydanlara çıxıb.
URL / WWW
http://kelam.az/article/a-4934.html