Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Fazil Mustafa: Azərbaycan xalqının yalnız bir hissəsi müstəqilliyə nail olub
19.10.11 02:41

Bu gün dünya üzrə Azərbaycan xalqının yalnız bir hissəsi müstəqilliyə nail olub, 35 milyonluq Azərbaycan xalqının bir hissəsi isə hələ də cənubda əsarətdədir. “KƏLAMİNFO” xəbər verir ki, bunları Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Fazil Mustafa bildirib. O, qeyd edib ki, bu gün o vaxt müstəqilliyə səs verənlərlə səs verməyənləri bir-birindən ayırmaq lazım deyil. “Eyni zamanda çox yaxşı olardı ki, o zaman müstəqilliyin əldə olunmasında əziyyəti olanlara, onların ailələrinə prezident təqaüdü ayrılsın”,-deyə F.Mustafa vurğulayıb. O, həmçinin deyib ki, bu gün müstəqillik tarixindən danışarkən, 1918-20-ci illərdəki hadisələrdən bəhs edərkən Nuru Paşa məsələsinə həssas yanaşmaq lazımdır. “O, Azərbaycanın müstəqilliyinin əsasının qoyulmasında xüsusi çəkisi olan insandır. Ona layiqli qiymət vermək lazımdır”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4931.html