Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ziyafət Əsgərov: “Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına yeni imkanlar açılır”
18.10.11 23:41

Sovet İttifaqı dövründə yalnız Rusiya və Azərbaycan dövlət büdcəsindən dotasiya almırdı. Bunları Milli Məclisin bugünkü iclasında parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov çıxış edərkən bildirib. O, çıxışında 1918-20-ci illərdə Azərbaycanın dövlət müstəqilliyinin əsasının qoyulmasından bəhs edərək, 1969-82-ci illərdə Heydər Əliyevin Azərbaycan xalqının rifahı üçün göstərdiyi fəaliyyətdən danışıb. “Hələ sovet hökuməti vaxtında Heydər Əliyev dövlət strukturlarında milliləşməyə üstünlük verib, SSRİ-nin nüfuzlu şəhərlərində, ali məktəblərində azərbaycanlıların təhsil alması üçün əlindən gələni edib” - deyə Z.Əsgərov vurğulayıb.Vitse- spiker 90-cı illərin əvvəllərindəki hadisələrə toxunaraq bildirib ki, o vaxt Heydər Əliyev olmasaydı, indi Azərbaycanın müstəqilliyi sual altında idi: “Məhz onun sayəsində Azərbaycanda sabitlik bərpa olundu, parlament formalaşdı, Azərbaycanda hüquqi dövlətin əsası qoyuldu. Ordu quruculuğu yaranmağa başladı”. Z.Əsgərov deyib ki, bu gün ölkə daxilində ictimai-siyasi sabitliyin təmin edilməsi ölkə büdcəsinin artmasına şərait yaradır. “Azərbaycan nəhəng layihələrin həyata keçirilməsində ciddi rol oynayır. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına yeni imkanlar açılır” - deyə Z.Əsgərov bildirib. O, həmçinin Azərbaycanda qanunvericilik orqanın tarixindən danışaraq deyib ki, artıq 16 ildir ki, Milli Məclis qanunvericilik səlahiyyətlərini həyata keçirir. “Bu illər ərzində parlament hüquqi dövlətin möhkəm bazasını yaradıb. Milli Məclisin peşəkarlıq səviyyəsi yüksəlib. Azərbaycanda söz, mətbuat sərbəst toplaşmaq azadlığına geniş zəmin yaradılıb. Sosial inkişafa zəmin yaradan hüquqi baza yaradılıb” - deyə o bildirib.
URL / WWW
http://kelam.az/article/a-4930.html