Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » I Uşaq Forumu öz işinə başlayıb
17.12.09 20:40

Bu gün Bakıda Azərbaycanda ilk dəfə olaraq 2009- Uşaq İli çərçivəsində I Uşaq Forumu öz işinə başlayıb. Azərbaycan Hökuməti, Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və “NUR” Uşaq və Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunan Forumda millət vəkili Mehriban Əliyevanın təbrik məktubu oxunub. Məktubda Forum iştirakçılarını ürəkdən salamlayan M.Əliyeva bu gün ölkəmizdə uşaqların parlaq böyüməsini və dövlət tərəfindən onlara yaradılan yüksək şəraiti diqqətə çatdırıb. M.Əliyeva Heydər Əliyev Fondunun yarandığı gündən uşaqların təhsil, səhiyyə və s. problemləri ilə yaxından maraqlandığını və bu sahədə iri layihələr həyata keçirdiyini bildirib. Məktubda uşaqlara uğurlu gələcək arzulayan M.Əliyeva Forum iştirakçılarına öz işlərində müvəffəqiyyət arzulayıb. Forumda çıxış edən Baş nazirin müavini Elçin Əfəndiyev Azərbaycan Hökuməti adından iştirakçıları salamlayıb. E.Əfəndiyev keçirilən Forumu ölkə həyatında vacib hadisə kimi dəyərləndirib. Tədbiri Uşaq İlinin yekunu adlandıran E.Əfəndiyev ölkənin müxtəlif yerlərindən bura yığışan uşaqların gələcək persperktivləri üçün əhəmiyyətli olduğunu söyləyib. Hökumətin bu və ya digər formada uşaqların keşiyində durduğunu diqqətə çatdıran E. Əfəndiyev artıq dövlətimizin beynəlxalq uşaq hüquqları konvensiyası ilə bağlı BMT-nin müvafiq komitəsinə bu il dörd dövrü hesabat təqdim etdiyini də vurğulayıb. Milli Məclisin sədr müavini Bahar Muradova da parlament adında uşaqları salamlayıb və Foruma öz işində uğurlar arzulayıb. AQUPDK-nin sədri Hicran Hüseynova isə rəhbərlik etdiyi qurumun uşaqların sağlam inkişafında bir sıra uğurlu addımlar atdığını söyləyib. Bütün bunların dövlət başçısı və Heydər Əliyev Fondunun yaxından dəstəyi ilə həyata keçirildiyini diqqətə çatdıran H.Hüseynova bu tərəqqinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Onun sözlərinə görə, ölkəmiz uşaqlarla bağlı artq bir neçə beynəlxalq Konvensiyalara qoşulub. H.Hüseynova ölkədə ilk dəfə keçirilən Forumun Azərbaycan uşaqlarının gələcək həyatında uğurlu nəticələr verəcəyini bildirib. O qeyd edib ki, Foruma ölkənin 56 rayonundan 256 nümayəndə qatılıb. H.Hüseynova Foruma qatılan nümayəndələrin seçimində uşaqların öz şəxsi istəklərinin yüksəkliyinə və əsasən də kimsəsiz, qaçqın ailələrində olan uşaqlara üstünlük verildiyini bildirib. Forum uşaqların xüsusi qonaqlarla foto-kampaniya təşkil edilməsindən sonra bədii hissə ilə öz işini davam etdirib. Xatırladaq ki, I Uşaq Forumu dekabrın 18-nə kimi müxtəlif mərhələdə davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-493.html