Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Oqtay Əsədov: “Dünya ictimaiyyəti artıq Qarabağ həqiqətlərini anlayır”
19.10.11 02:39

Bu gün Milli Məclisin Azərbaycanın dövlət müstəqilliyinin ildönümünə həsr olunmuş xüsusi iclası keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, spiker Oqtay Əsədov deputatları təbrik edərək bildirib ki, 90-cı illərin əvvəllərində Azərbaycan xalqı öz müstəqilliyini elan edərkən mürəkkəb dövrlər idi. O qeyd edib ki, o vaxtkı ölkə rəhbərliyinin səriştəsizliyi xalqı xaosdan çıxmağa imkan vermirdi. “Ermənistandan qaçqınların axını, 20 Yanvar hadisəsi, Xocalı soyqırımı və torpaqların işğalı baş verdi. 1993-cü ilin iyun ayında Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdı” - deyə spiker vurğulayıb. Spiker bildirib ki, artıq Azərbaycanda keçirilən islahatlar nəticəsində ölkə dünyanın diqqət mərkəzinə çevrilib. “Ölkəmiz həm enerji təhlükəsizliyini təmin edib, həm də xaricə enerji ixrac edir. İKT sahəsində əldə olunan nailiyyətlər informasiya cəmiyyətinin inkişafı üçün imkan verir. Mədəniyyət, idman, təhsil, səhiyyə və sair sahələrdə quruculuq işləri güclənir. Ölkəmizin ərzaq təhlükəsizliyi təmin olunur. Bizim əsas problemimiz işğal olunmuş Qarabağımızdır. Ölkə başçısının səyi nəticəsində dünya ictimaiyyəti artıq Qarabağ həqiqətlərini anlayır və bu münaqişə yaxın müddətdə həll olunacaq” - deyə O.Əsədov vurğulayıb. Sonra müstəqilliyik tarixinə həsr olunan film nümayiş olunub. İclas çıxışlarla davam edib.
URL / WWW
http://kelam.az/article/a-4929.html